Haqqımızda
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ölkəmizdə pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində bilik və bacarıqların, fəaliyyət səmərəliliyinin və peşəkarlığın artırılması məqsədilə ödənişsiz Elektron Tədris platformasını təqdim edir.
Təlimlər əsasən nəzarət, hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları, hakimlər, monitorinq iştirakçılarının məsul şəxsləri üçün nəzərdə tutulub. Bununla yanaşı, təlimlərdə ali məktəblərdə təhsil alan tələbələr, tədqiqatçılar və sahə üzrə bilik əldə etmək istəyən hər kəs iştirak edə bilər.
Bu platforma auditoriyanın öz seçimi əsasında ona uyğun zamanda və məkanda öyrənməyə, habelə öyrəndiklərini qiymətləndirməyə kömək edəcək. Təlimlərə Maliyyə Monitorinqi Xidmətinin rəsmi saytından (www.fiu.az) Elektron Tədris menyusuna keçid almaqla qatıla bilərsiniz.
Təlimlər vasitəsilə siz ayrı-ayrılıqda pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi anlayışları, PL/TM metod və vasitələri, risk idarəçiliyi, müvafiq sahədə ixtisaslaşmış qurumlar və təşkilatlar, onların fəaliyyət prinsipləri və digər əlaqədar mövzularla bağlı zəruri biliklər əldə edəcəksiniz.
Təlimlər Maliyyə Monitorinqi Xidmətinin təcrübəli və peşəkar mütəxəssisləri tərəfindən aparılacaq.
Təlimi uğurla başa vuran şəxslərə sertifikat təqdim ediləcək.
Təlimin bütün iştirakçılara faydalı və maraqlı olmasını diləyirik!