Sample image
Elektron tədris platforması nə üçündür?

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları təhsil sahəsində aktiv şəkildə tədbiq edilir. Zaman, maliyyə və istinad mənbələrinə qənaət edə bilmək imkanı həm tələbələr, həm də pedaqoqlar üçün onlayn təhsili daha da aktual edir.

Yeni və innovativ tədris metodları və yanaşmalarını ehtiva edən bu platforma bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bir sistemdir.

Elektron tədris sisteminin istənilən sahə üzrə fəaliyyət göstərən işçilərin peşəkar hazırlığı və inkişafı baxımından əhəmiyyətini və aktuallığını nəzərə alsaq, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin heyəti tərəfindən ərsəyə gətirilmiş hazırkı platforma ölkəmizdə pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının, fəaliyyət səmərəliliyinin və peşəkarlığının artırılmasını hədəfləyir.