Qiymətləndirmə necə aparılacaq?
Təlim prosesi modullara, modullar isə dərslərə bölünüb. Hər dərs bitdikdə, iştirakçının hesabında imtahan suallarından ibarət pəncərə aktivləşir. Yalnız dərs üzrə bütün videolara baxılmış hesablarda 15-25 sualdan ibarət imtahan sualları açılır.
İmtahan mərhələsində hər bir istifadəçinin hesabında təlimçilərin yaratdığı test bankından seçilmiş suallardan ibarət testlər aktivləşir.
Müəyyən edilmiş vaxt ərzində hər dərs üzrə doğru cavab nəticələri 80 %-i keçən iştirakçılara Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin sertifikatı təqdim edilir.