Qeydiyyat

Bilik və bacarıqlarını artırmağa bu formanı doldurmaqla başla.

Ad *
Soyad *
Doğum tarixi *
E-poçt ünvanı *
Telefon *

İstifadəçi Razılaşması

 

 

Ümümi müddəalar

Hazırkı İstifadəçi Razılaşmasi (bundan sonra “Razılaşma”) https://elearning.fiu.az/ internet səhifəsində yerləşdirilmişdir. Razılaşma “E-tədris” elektron tədris platformasından (bundan sonra “Platforma) istifadəyə dair əsas şərtləri özündə cəmləşdirir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti tərəfindən açıq təklif şəklində tərtib olunmuşdur. Aşağıda qeyd olunan hərəkətlərin ardıcıl şəkildə həyata keçirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-ci maddəsinə uyğun olaraq bu təklifin qəbul edilməsi hesab edilir:

·                 Bu Razılaşmanın şərtləri ilə tanış olmaq;

·                 https://elearning.fiu.az/ internet səhifəsində "Qeydiyyat" başlığı altında yerləşdirilmiş müvafiq qeydiyyat formasına dəqiq və qüvvədə olan məlumatları daxil etmək;

·                 Qeydiyyat formasının "İstifadəçi Razılaşmasının şərtlərini qəbul edirəm və şəxsi məlumatlarımın istifadəsinə razılıq verirəm" hissəsində xüsusi xanaya müvafiq simvolu daxil etmək;

·                 "Qeydiyyat" düyməsini sıxmaq;

·                 Qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına göndərilmiş keçidə daxil olaraq qeydiyyatı təsdiq etmək.

Qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına göndərilmiş keçidə daxil olduqdan sonra istifadəçinin platformada qeydiyyatı tamamlanır, və bu Razılaşmanın şərtlərinə riayət etmək istifadəçi üçün məcburi hesab edilir.

 

 

1.              Əsas anlayışlar

"Administrator" – Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidməti. Administraror tədris fəaliyyətinin həyata keçirməsi üçün təsis edilmiş təşkilat deyil və təhsili və (və ya) ixtisas barədə sənəd təqdim etmir;

"İstifadəçi" – elektron tədris platformasında qeydiyyatdan keçməklə platformada yer alan təlim materiallarından istifadə edən şəxs;

"Platforma" -  https://elearning.fiu.az/ internet səhifəsində yerləşən və Administratora məxsus olan proqram, məhsul və xidmətlər (məlumatlar, mətnlər, qrafik elementlər, dizayn, foto və video materiallar, habelə intellektual fəaliyyətin digər nəticələrinin internet şəbəkəsində mövcudluğunu təmin edən məcmu);

"Şəxsi kabinet" - İstifadəçinin platformada qeydiyyatı nəticəsində yaradılan və ona Razılaşma şərtləri çərçivəsində platformanın funksiyalarından istifadə etmək imkanı verən internet səhifələri toplusudur. Şəxsi kabinetə giriş platformada qeydiyyat zamanı İstifadəçi tərəfindən göstərilən istifadəçi adı və şifrəyə əsasən həyata keçirilir.

"Təlim materialları" – Administrator  tərəfindən ümumi mövzu başlığı altında birləşdirilmiş və platformada video təqdimat və mətn şəklində  yerləşdirilmiş materiallar.

"Tərəflər" - Administrator və İstifadəçi.

 

2.              Razılaşmanın predmeti

2.1.         Administrator kompüter, mobil telefon və ya digər cihaz vasitəsilə İstifadəçiyə şəxsi kabinetə daxil olaraq ödənişsiz şəkildə platformadan istifadəni təmin etməyə, İstifadəçi isə hazırkı Razılaşma və platformadan istifadə qaydalarına riayət etməyə dair öhdəliyi öz üzərinə götürür.

2.2.         Təlimin materialları ilə tanış olduqdan sonra hər dərsə aid olan sualların 80%-nı düzgün cavablandıran İstifadəçilərin elektron poçt ünvanına keçid göndərilir;

2.3.         Həmin keçid vasitəsi ilə Administrator tərəfindən İstifadəçinin  real vaxt rejimində eyniləşdirməsi aparıldıqdan sonra İstifadəçinin elektron poçt ünvanına elektron sertifikat göndərilir;

2.4.         Sertifikatda hər İstifadəçinin platformada qeydiyyat zamanı daxil etdiyi adı və soyadı, təlimin mövzusu və Administratorun loqosu əks olunur.

 

 

3.              Platformada qeydiyyat və şəxsi kabinetdən istifadə qaydaları

3.1.         Platforma Administratorun əqli mülkiyyətidir.

3.2.         Platformada qeydiyyat müvafiq qaydada tamamlandıqdan sonra İstifadəçinin qeyd etdiyi elektron poçt ünvanına məktub daxil olur. Həmin məktubda olan keçidə daxil olmaq və müvəqqəti şifrədən istifadə etməklə İstifadəçinin şəxsi kabineti aktivləşir.

3.3.         Platformada qeydiyyatdan keçdikdən sonra İstifadəçiyə təlim modullarında iştirak və təlim materialları ilə tanış olmaq, platforma və şəxsi kabinetin funksiyalarından istifadə imkanı verilir.

3.4.         Qeydiyyat zamanı İstifadəçinin elektron poçt ünvanına göndərilən müvəqqəti şifrə yalnız 1 dəfə istifadə oluna bilər və 3 (üç) iş günü ərzində İstifadəçi tərəfindən dəyişdirilməlidir.

3.5.         Şifrənin təhlükəsizliyini təmin etmək istifadəçinin məsuliyyətindədir. Şifrənin üçüncü şəxslər tərəfindən ələ keçirilməsi hallarında İstifadəçi şəxsi kabinetə icazəsiz giriş barədə dərhal plaformada yerləşən “Əlaqə” bölməsindən məktub göndərməklə məlumat verməlidir. Müvafiq məktub Administratorun elektron poçt ünvanına daxil olanadək İstifadəçinin şəxsi kabineti ilə bağlı bütün hərəkətlər İstifadəçinin özü tərəfindən həyata keçirilmiş hesab edilir;

3.6.  Platformadan istifadə zamanı İstifadəçi tərəfindən aşağıdakı hərəkətlərin həyata keçirilməsi qadağandır:

3.6.1. Platformada müəyyən edilmiş texniki məhdudiyyətləri aşmaq;

3.6.2. İstifadə qaydalarından kənar platformanı və ya şəxsi kabineti dəyişdirmək və ya yenidən qurmaq;

3.6.3. Platformanın və ya şəxsi kabinetin proqram hissələrinin nüsxələrinin qeyri-qanuni istehsal etmək, yaymaq, silmək və ya modifikasiya etmək, habelə dizaynını təkrar etmək;

3.6.4. Platformanın və ya onun hər hansı hissəsi əsasında yeni məhsullar yaratmaq, xidmətlər göstərmək və ya digər şəkildə istifadə etmək;

3.6.5. Üçüncü şəxslərin şəxsi kabinetə girişi üçün şərait yaratmaq;

3.6.6. Platformada təqdim olunan təlim materiallarını və digər məlumatları kommersiya məqsədləri üçün yaymaq;

3.6.7. Platformada reklam, kommersiya təklifi və ya digər bu kimi məlumatları yerləşdirmək;

3.6.8. Platformada üçüncü şəxslərə aid fərdi məlumatlar yerləşdirmək;

3.6.9. Platformanın digər istifadəçiləri və ya üçüncü şəxsləri təhqir etmək, onların hüquq və azadlıqlarının, habelə etik normaların pozulması ilə nəticələnə bilən hərəkətlər etmək;

3.6.10. Platforma vasitəsilə ictimayi əsayişin pozulması və kütləvi iğtişaşlara çağırış, eləcə də dini təbliğat, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındırmaq və ya digər qeyri-qanuni məqsədlərlə məlumat yaymaq;

3.7. İstifadəçinin şəxsi kabinetində təlim modulları və dərsləri üzrə irəliləyişi əks olunur. Administrator tərəfindən müəyyən olunmuş şərtlər çərçivəsində İstifadəçiyə təlim materiallarına dair şərh yazmaq imkanı verilir;

3.8. Texniki və ya profilaktik səbəblərdən platformanın fəaliyyəti müvəqqəti dayandırıldıqda İstifadəçilərin təlim üzrə nəticələri dəyişmədən qüvvədə qalır;

3.9. Administrator öz mülahizəsinə görə platformadan və şəxsi kabinetdən istifadə qaydalarını, təlimə aid modul və dərslərin mövzularını və/və ya sayını, habelə təlimçiləri dəyişmək hüququnu özündə saxlayır;

3.10. Platformadan istifadə qaydalarının pozuntusuna yol verən İstifadəçinin şəxsi kabineti və müvafiq olaraq təlim nəticələri ləğv olunur.

 

4.              Fərdi məlumatların istifadəsi

4.1. Bu Razılaşma çərçivəsində fərdi məlumatlar dedikdə İstifadəçi tərəfindən qeydiyyat zamanı daxil edilən məlumatlar başa düşülür;

4.2. Fərdi məlumatların istifadəsi dedikdə həmin məlumatlara dair əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur;

4.3. İstifadəçiyə aid fərdi məlumatların istifadəsi Administrator tərəfindən yalnız bu Razılaşmanın şərtləri çərçivəsində həyata keçirilir;

4.4. Administrator, İstifadəçiyə aid fərdi məlumatların üçüncü şəxslərin qanunsuz müdaxiləsindən qorunması məqsədilə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq tədbirlər görür;

4.5. Qeydiyyat üçün zəruri olan məlumatlardan savayı İstifadəçi tərəfindən platformadan istifadə nəticəsində fərdi, məxfi və ya konfidensial məlumatın yayılmasına görə məsuliyyət İstifadəçinin üzərinə düşür;

4.6. İstifadəçi internet vasitəsilə fərdi, məxfi və ya konfidensial məlumatların ötürülməsi zamanı üçüncü şəxslər tərəfindən bu məlumatlara qanunsuz müdaxilə riskinin mövcudluğunu anlayır.

 

5. Tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası

5.1. Tərəflər bu Razılaşma üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar;

5.2. Administrator tərəfindən bu Razılaşmanın şərtlərinə insan faktorundan asılı olmayan hallar (fors-major) və ya üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində riayət olunmamasına görə Administrator məsuliyyət daşımır;

5.2. Tərəflər arasında yaranan mübahisələr danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur.

5.3. Bu Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.

 

6. Razılaşmanın şərtlərinin dəyişdirilməsi

6.1 Administrator mülahizəsinə görə Razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququnu özündə saxlayır. Belə olan halda dəyişikliklər platformada Razılaşmanın yeni variantı dərc olunduğu andan qüvvəyə minir;

6.2. İstifadəçi platformaya Razılaşmanın şərtləri dəyişdirildikdən sonra birinci dəfə daxil olduqda Razılaşmanın yeni şərtləri ilə tanış olduğunu müvafiq xana vasitəsilə təsdiq edir;

6.3 İstifadəçi Razılaşmanın yeni variantı ilə razı olmadığı təqdirdə platformadan istifadəni dayandırmalıdır. Platformanın və şəxsi kabinetin davamlı istifadəsi İstifadəçi tərəfindən Razılaşmanın yeni şərtlərinin qəbul olunması hesab edilir.